Nizami rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Masallı rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Orxan Məmmədov saxlanılıb. Onun üzərində və idarə etdiyi avtomobildə ümumilikdə 350 ədəd metadon həbi və ümumi çəkisi 11 kiloqramdan artıq olan heroin, metamfetamin və marixuana aşkar olunub.
Faktla bağlı araşdırmalar davam edir.