Nizami rayonunda hədələyərək quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Goranboy rayon sakini, 31 yaşlı Ramil Qasımov Bakı şəhər sakini olan bir nəfərin cibində 1500 AZN pulu olan gödəkcəsini və 1700 AZN dəyərində qızıl üzüyünü, digər bir nəfərin isə 340 AZN pulunu talamaqda şübhəli bilinərək tutulub.
Faktla bağlı araşdırma aparılır.