Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
35 yaşlı Həsən Heydərov adıçəkilən rayon ərazisində yerləşən bınanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İntiharın səbəbləri hazırda məlum deyil. Faktla bağlı araşdırma aparılır.