Nizami rayonunda dələduzluq edən şəxs tutulub. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər də dələduzluğa görə məhkum olunmuş Məhəmməd İlqarlı Kürdəmir rayon sakini olan bir şəxsi aldadaraq öz hesabına 6000 AZN pul köçürtdürüb.
Onun barəsində araşdırmalar davam edir.