Nizami rayonunda bazarda qadınlardan oğurluq edilib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Tahir Məhərrəmov rayon ərazisində yerləşən bazarda 2 qadının ciblərindən mobil telefonlarını, içərisində bank kartları və sənədləri olan pulqabıları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.