Bakının Nizami rayonunda yerləşən binanın zirzəmisində yanğın olub. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 25 kv.m olan otağın içərisində ev əşyaları 5 kv.m sahədə yanıb. Nəticədə televizor da alışıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, xəsarət alan olmayıb.