Bakının Nizami rayonunda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 19-da səhər saatlarında bir nəfərin evinin girişində soyğunçuluq yolu ilə 100 manatı talanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.