Qətli törətməkdə şübhəli bilinən Yuan Tiangang Nizami rayon prokurorluğu tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
16:54 - Nizamidə döyülən çinli xəstəxanada ölüb
Bakıda döyülən çinli xəstəxanada dünyasını dəyişib. Bu haqda bu gün 18 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
48 yaşlı Pan Yuan Lianq müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.
Hadisə Nizami rayonu, Keşlə qəsəbəsində baş verib. Çin vətəndaşı iyulun 14-də həmyerlisi, 40 yaşlı Yuan Tianqanq tərəfindən dəmir parçası ilə vurularaq müxtəlif bədən xəsarətləri almışdı.