Nizami rayonunda yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində qeydə alnıb. Nəticədə elektrik lövhəsində 6 ədəd sayğac və kabellər yanıb. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.