Nizami rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 4 kv.m olan elektrik otağında qeydə alınıb. Nəticədə elektrik kabeli və 3 ədəd tənzimləyici yanıb. Digər kommunikasiya xətlərinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.