Nizami rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərə görə məhkum olunmuş N.Qoçəliyev Q.Qarayev prospektində yerləşən evlərin birindən 2000 AZN dəyərində televizor, 3 ədəd qol saatı və bəzək əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.