Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
22 yaşlı Hakim Namazov motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.