Nizami rayonunda yerləşən cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Ülviyyə Rzayeva və azyaşlı Zəhra Hümbətli 15 saylı həbsxanada məhkum olan tanışları Əfləddin Seyfullazadənin yanına gəliblər. Baxış zamanı azyaşlının şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.