Nizami rayonunda yerləşən hoteldə insident yaşanıb. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə raonun Mehdi Abbasov küçəsində baş verib. 35 yaşlı Eynar Məhərrəmov tanımadığı şəxslə mübahisə edib. Daha sonra tərəflər bir-birinə şüşə alətlə hücüm ediblər. Nəticədə E.Məhərrəmov xəsarət alıb.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.