Bakının Nizami rayonunun Qara Qarayev prospektində “Toyota Prius” markalı avtomobillər qəzaya uğrayıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
İki “Toyota Prius” markalı avtomobilin toqquşması nəticəsində biri aldığı zərbədən beton maneəyə çarpılıb. Qəzada bir nəfər xəsarət alıb. Zərərçəkən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.