Nizami rayonunda yerləşən məktəbdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma dördmərtəbəli binanın zirzəmisində qeydə alınıb. Nəticədə zirzəmidə məişət tullantıları 15 kv.m sahədə yanıb. Binanın digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.