Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində bir mağazadan oğurluq olub. Bu barədə Bakuplus.az DİN-dən məlumat verilib. Qeyd edilib ki, polisə müraciət edən zərərçəkmiş işlədiyi piştaxtadan 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 53 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.