Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Qara Qarayev prospektində baş verib. Vidadi Əliyev tanımadığı şəxslə dava edən zaman bıçaqlanıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.