Nizami rayonunda neft kəmərlərinin yaxınlığında yanğın baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Pəhləvan Fərzəliyev küçəsində baş verib. Neft kəmərlərinin ətrafında quru ot və kol-kosdan ibarət açıq ərazi alışıb. Yaxınlıqdan keçən neft kəmərləri və elektrik naqillərinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
[caption id="attachment_106360" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]