Nizami rayonunda qadının çantası talanıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rahil Kazımov bir qadının çantasından 200 AZN və 200 ABŞ dolları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində arşadırmalar davam edir.