Bakının Nizami rayonunda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 20-də səhər saatlarında “Runna” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şübhəli bilinən Rüstəm Maksutzadə avtomobillə birgə saxlanılıb.
Hazırda araşdırmalar aparılır.