Bakının Nizami rayonunda iyulun 22-də Bakı sakininin mobil telefonu soyğunçuluq yolu ilə oğurlanıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində telefonu talamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Hüseynov saxlanılıb.
Axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.