Paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsində ağır xəsarətlərlə nəticələnən yol qəzası olub. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Toydan sonra şadlıq sarayından çıxan 54 yaşlı Mirəziz Heydərov və onun həyat yoldaşı, 50 yaşlı Sevinc Heydərovanı minik avtomobili vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı kişiyə sağ baldır və sol bazu sümüyü sınığı, qadına isə qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.