Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin dam örtüyündə qeydə alınıb. Nəticədə tikilinin dam örtüyü tamamilə kül olub. Ona bitişik evə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.