Nizami rayonunda avtoservisdən oğurluq edilib. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş İlkin Çobanov rayon ərazisində yerləşən avtoservislərin birindən ustanın 3400 AZN pulunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.