Nəsimi və Yasamal rayonlarında oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Mirzəyev adıçəkilən rayonlar ərazilərində bir qızın mobil telefonunu talamaqda, eləcə də daha bir nəfərin 2300 AZN dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.