Bakının Səbail rayonu, Mikayıl Useynov prospektində “Toyota Prius” qəzaya uğrayıb. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az məlumat verir.
Hadisə ötən gün axşam saatlarında baş verib. Avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çıxıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobilə maddi ziyan dəyib. Əraziyə yerinə polis cəlb olunub.