Bakının Nizami rayonu, NZS qəsəbəsi ərazisində piyada vurulub. Bu haqda bu gün, 20 aprel tarixində Report məlumat verib.
17 yaşlı Orxan İbrahimov yolu keçərkən onu avtomobil vurub. Yaralı müştərək travma diaqnozu ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.