Bakının Yasamal rayonunda oğurluğa görə saxlanılan şəxsin daha bir oğurluq törətdiyi məlum olub. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan O.Gülməmmədovun “Toyota” markalı bir avtomobildən üzlüyündə 1170 manat pul olan mobil telefon oğurlaması da müəyyən olunub.