Bakıda ofis qarət olunub. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə Yasamal rayonu ərazisində baş verib. Ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14.800 manat oğurlanıb.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları şübhəli şəxs qismində bir yeniyetməni tutublar.
Araşdırma aparılır.