Bakının Nizami rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon ərazisində çoxmərtəbəli yaşayış binasının mənfi 2-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.