Pantomima teatrının əməkdaşı barəsində cinayət işi açılıb. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova pul mənimsəməkdə ittiham olunur. Onun barəsində 332.000 AZN-lik cinayət işi açılıb.
Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Aytən Kərimova 2019-2022-ci illərdə sözügedən vəzifədə çalışıb.