Bakının Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Parkovşik” dayanacaqda saxlanılan “Kia” markalı avtomobili idarə edən zaman yolu keçən qadını vurub. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.