Bakının Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
"Ford" markalı avtomobilinin sürücüsü hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə o, yolu keçən piyadanı vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.