Bakının Binəqədi rayonunda iki avtomobil toqquşub. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb. “Chevrolet” markalı avtomobilin sürücüsü dairəvi yolda hərəkətdə olan zaman Azadlıq prospektindən gələn “Toyota Prius” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Qəza nəticəsində “Chevrolet”də olan sərnişin xəsarətlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.