Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda 23 dekabr tarixində Avtosfer.az xəbər verib.
Ziya Bünyadov prospektində qeydə alınan qəzanın səbəbkarı “Toyota” markalı avtomobil olub. Belə ki, “Toyota”-nın sürücüsü ara məsafəsi saxlamadığı üçün, eyni istiqamətdə hərəkətdə olan “Mercedes”ə çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.