Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Bakuplus.az-a verilən məlumata əsasən, paytaxt sakini olan bir qadının evindən 1300 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul, 1 ədəd noutbuk, məişət avadanlıqlarının, eləcə də rayon ərazisində yerləşən mağazaların birindən ödəmə terminalından 1540 manat və gigiyenik məhsullar oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətmiş şəxslər - əvvəllər dəfələrlə məhkum olunmuşlar G.Abdullayeva və H.Soltanov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam edir.