Bakıda yanğın hadisəsi baş verib.
Bakuplus.az APA-ya istinadən xəbər verir ki, Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Yanğın “TOSOIL” yanacaqdoldurma məntəqəsində olan 10-CC-530 dövlət nömrə nişanlı “BMW” markalı avtomobildə olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.