Bakı sakini “İsuzu” markalı avtomobilin mühərrik hissəsini oğurlamaqda şübhəli bilinir. Bu haqda Bakuplus.az bu gün, 20 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə sentyabrın 9-na keçən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birində baş verib. RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 1500 manat dəyərində mühərrik hissəsini oğurlamaqda şübhəli bilinən R.Hüseynov və Beyləqan rayon sakini İ.Əsgərov saxlanılıblar.
Araşdırma aparılır.