Paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Azər Səfiyev “BMW” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı maneəyə çarpılıb. Nəticədə sürücü Təcili Tibbi Yardım avtomobilində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.