Bakıda ölümlə nəticələnən yol-nəqiyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 28 may tarixində xəbər verir.
Mayın 27-si saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qəsəbə sakini E.Gəncəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Seyfəl Veysəlovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.