Bakıda paytaxt sakinində narkotik aşkarlanıb. Hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti 11 dekabr tarixində məlumat yayıb.
Rayonun 8-ci Polis Bölməsini əməkdaşları narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Həsən Abdullayev tutularaq istintaqa təqdim edilib.
Üzərinə baxış zamanı ondan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.