Bakı sakini olan 2 nəfər narkotik vasitəni satış məqsədilə Bakı şəhərinə gətirməyə cəhd edərkən saxlanılıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi "Kia Rio" markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrində saxlanılıblar. Həmin şəxslərdən 10.000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitəni əldə etdikləri şəxslər müəyyən ediliblər. Cinayətkar qrupun digər üzvləri – Yardımlı rayon sakinləri, əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev də tutulublar. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
[caption id="attachment_122538" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]