top
Paytaxtda 29 il əvvəl törədilən qətlin üstü açılıb
31 oktyabr 2022, 07:45
- ↺ +

Paytaxtda 29 il əvvəl törədilən qətlin üstü açılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda 29 il əvvəl törədilmiş xüsusilə ağır cinayətin üstü açılıb. Bu haqda bu gün, 31 oktyabr tarixində

Paytaxtda 29 il əvvəl törədilən qətlin üstü açılıb

Trend məlumat verib.

1993-cü il noyabrın 26-da Fikrət İbrahimov öz evində odlu silahla güllələnmiş vəziyyətdə tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılıb, lakin cinayəti törədən şəxsin müəyyən edilməsi mümkün olmadığından icraata xitam verilib.

Nərimanov rayon prokurorluğunda cinayət işinin materialları yenidən araşdırıldıqdan sonra icraat bərpa edilib.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, 1993-cü il noyabrın 26-da Fikrət İbrahimovun iş yoldaşı Nazim Bayramov aralarında yaranmış münaqişə səbəbindən zərərçəkmişin evinə gəlib. Orada münaqişə zəminində Bayramov tapançanı zərərçəkmişin əlindən alaraq onun başına atəş açıb. Bundan sonra o, hadisə yerindən qaçıb.

2022-ci il oktyabrın 28-də Nazim Bayramov Cinayət Məcəlləsinin 2000-ci il sentyabrın 1-dək qüvvədə olan “ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə” və qüvvədə olan “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə” maddələri üzrə ittiham elan edilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Xəbər
Bu gün, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
30 oktyabr 2026, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Oxşar xəbərlər