Bakı Biznes Universitetində imtahan zamanı ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
67 yaşlı Alxaz Qəribov oktyabrın 8-də universitetdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşəkar mühasib sertifikatı imtahanında olduğu zaman vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.