Bakıda 2 piyadanı avtomobil vurub. Bu haqda 8 mart tarixində Report məlumat verib.
Xətai rayonu, “Ukrayna dairəsi” ərazisində 69 yaşlı Rühəngiz Behbudova yolu keçən zaman onu avtomobil vurub. Yaralı sol bazu sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Nizami rayonu,“Neftçilər” metro stansiyasının yaxınlığında yolu keçən 17 yaşlı Nərmin Həsənovanı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.