Xətai rayonunda ötən gün sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Bu haqda 19 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ağ Şəhər ərazisində “Baku Bus” avtobusunun iştirakı ilə qəza baş verib. Hərəkətdə olan “Khazar” markalı avtomobil avtobusla toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb.