Paytaxt ərazisində baş verən qəzada daha bir motosikletçi xəsarət alıb. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi Nizami rayonunda qeydə alınıb. 22 yaşlı Davud Yunusun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.