Bakı həbsxanasında ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə paytaxtda yerləşən həbsxanaların birində qeydə alınıb. Məhkum Qasım İsgəndərov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Goranboy sakini olan İsgəndərov 2019-cu ildə gəlinini qısqanclıq zəminində qətlə yetirib.