Bakıda avtomobillərin satışında dələduzluq edən şəxsin əməlləri ifşa olunub. Bu haqda 24 iyun tarixində Lent.az məlumat verib.
42 yaşlı Ramin Quliyev avtomobil satarkən insanları aldadıb. Belə ki, Quliyev bir neçə şirkətdən lizinqə götürdüyü “Mercedes” markalı avtomobilləri ən azı 4 zərərçəkmiş şəxsə satıb. Bununla da o, ümumilikdə 44 min manat qazanıb.
Faktla bağlı cinayət işi üzrə toplanan materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib. Məhkəmənin istintaqı davam etdirilir.